
Mühafizəçi (Növbəli qrafik) tələb olunur
30 gün qalıb
Müraciət et
Mühafizəçi (Növbəli qrafik) tələb olunur
30 gün qalıb
Müraciət etTəsvir
Nə vaxt yerləşdirilib
08/06/2026
Müraciət üçün son gün
08/07/2026
Şəhər
Bakı
Əmək haqqı
Min. 560₼/aylıq
İş təcrübəsi
1-3 il
Cins
Bəy
Bravo Supermarketlər şəbəkəsindən vakansiya: Mühafizəçi tələb olunur
Vəzifə öhdəlikləri:
– Şirkət binalarına təhlükəsiz giriş-çıxışı təmin etmək, qeyd və yoxlamalar aparmaq;
– Növbə ərzində ayıq-sayıq olmaq, hər hansı bir qanunsuz və ya fövqəladə hal, iş qəzası, marketdəki iş prosesinə kənar müdaxilə halları baş verərsə dərhal təlimata uyğun hərəkət etmək və növbə rəisinə məlumat vermək;
– Market ərazisində və ya yaxınlıqda hər hansı bir şübhəli əşya aşkar edildiyi zaman insanların təhlükəsizliyini təmin etmək, zərurət yarandığı halda insanların ərazidən təxliyyəsini həyata keçirmək və növbə rəisinə məlumat vermək;
– Bütün şəxsi heyət və müştərilərə qarşı nümunəvi, nəzakətlə davranmaq, etik-davranış qaydalarına riayət etmək;
– Şirkətin daxili nizam-intizam qaydalarına uyğun olmayan əməllər aşkar edildikdə təlimata əsasən tədbir görmək;
– Ağır iş xəsarəti və avadanlıqların sıradan çıxması ilə nəticələnə bilən təhlükəli iş aparıldığı müşahidə edilərsə işi dayandırmaq və məsul şəxsə məlumat vermək;
– Növbə ərzində marketdə fəaliyyət göstərən işçilərin, müştərilərin və şirkət inventarlarının təhlükəsizliyinin təmin edilməsinə nəzarət etmək, hər hansı bir uyğunsuzluq aşkar edildikdə məsul şəxsi xəbərdar etmək, eləcə də təhlükəsiz əmək şəraitinin yaradılmasına köməklik göstərmək;
– Market girişlərində və marketə məxsus avtodayanacaqlarda nəqliyat vasitələrinin günlük iş prosesinə mane olmamasını təmin etmək;
– Birbaşa rəhbər tərəfindən öncədən təyin edilmiş həftəlik iş qrafikinə əsasən işə gəlmək, nahar və çay fasiləsini təyin edilmiş qrafikə uyğun istifadə etmək;
Namizədlərə tələblər:
– Təhsil: Orta təhsil (ali təhsil üstünlükdür);
– İş təcrübəsi: Mühafizə və ya təhlükəsizlik sahəsində ən azı 1 il iş təcrübəsi arzuolunandır.
– Yaxşı fiziki vəziyyətdə olmaq;
– Gərgin və fövqəladə situasiyalarda soyuqqanlı və çevik davranmaq bacarığı;
– Gecə və gündüz növbələrində işləməyə fiziki və psixoloji hazırlıq.
– Təhlükəsizlik prosedurlarını və fövqəladə hallar üzrə təlimatları bilmək və onlara əməl etmək bacarığı;
– Şübhəli şəxsləri və ya əşyaları müşahidə edərək vaxtında xəbərdarlıq etmək bacarığı;
– Hadisə baş verdikdə operativ reaksiya göstərmək və təlimata uyğun hərəkət etmək.
– Diqqətli, məsuliyyətli və nizam-intizamlı olmaq;
– Etik davranış və müştəri məmnuniyyətinə yönəlik peşəkar münasibət;
– Səbirli, nəzakətli və komandada işləmə bacarığı;
– Dürüstlük və etibarlılıq.
– Kamera müşahidə sistemləri, siqnalizasiya və digər təhlükəsizlik avadanlıqları ilə işləmə təcrübəsi (arzuolunandır);
– Əsas ofis proqramlarında ilkin səviyyədə işləmək bacarığı (məsələn: qeydiyyat aparmaq üçün Excel və ya Word istifadə etmək).
– Həftəlik növbə cədvəlinə uyğun işləmə öhdəliyi;
– Gözlənilməz hallarda ərazi boşaldılması və insanların təxliyəsini idarə etmək bacarığı.
İş şərtləri:
– İş qrafiki: Növbəli qrafik: 2 gün gündüz, 2 gün gecə, 2 gün istirahət
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 560 manat NET təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mühafizəçi” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
Vakansiyalara necə müraciət etmək olar?
Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır
Tələbələr üçün iş elanları mövcuddur?
Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox
Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?
İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur
İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?
İs elanlari tapmaq və müraciət etmək üçün çətinlik varsa video təlimatdan istifadə edə bilərsiz: https://youtu.be/EZhAvx-Dv-Y
Vakansiya necə yerləşdirmək olar?
Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır



