
Qəssab tələb olunur
30 gün qalıb
Müraciət et
Qəssab tələb olunur
30 gün qalıb
Müraciət etTəsvir
Nə vaxt yerləşdirilib
18/06/2026
Müraciət üçün son gün
18/07/2026
Şəhər
Bakı
Əmək haqqı
Min. 630₼/aylıq
İş təcrübəsi
1 ildən aşağı
Cins
Bəy
Bravo Supermarketlər şəbəkəsindən vakansiya: Qəssab tələb olunur
Vəzifə öhdəlikləri:
– Ət və ət məhsullarını təlimata uyğun kəsmək, qablaşdırmaq, çəkmək, etiketləmək, sümükdən ayırmaq, reseptə uyğun əlavələr etmək, qiymət vurmaq və satışını həyata keçirmək;
– Alıcıların tələblərinə uyğun xüsusi ət kəsimlərini hazırlamaq və istəyə uyğun çəkidə qablaşdırmaq;
– İş ərazisinin, cihaz və avadanlıqların SƏTƏM və gigiyena qaydalarına uyğun şəkildə təmizliyini təmin etmək;
– İşə başlamazdan əvvəl və iş günü ərzində ət doğrama ərazisini təmizləmək və iş üçün hazır vəziyyətə gətirmək;
– Bütün qəssab avadanlıqları və alətlərini SƏTƏM qaydalarına riayət etməklə təlimata uyğun istifadə etmək;
– Məsul olduğu şöbədə itkinin minimuma endirilməsi və israfa yol verilməməsi üçün məsuliyyət daşımaq;
– Zədələnmiş və satışa yararsız məhsulları satışdan çıxarmaq, son istifadə tarixlərinə nəzarət etmək;
– Tələbləri qiymətləndirmək və ət ehtiyatlarını lazımi səviyyədə saxlamaq üçün ət tədarükü barəsində məsul şəxslərə məlumat vermək;
– Ət və ət məhsullarını qəbul edən zaman onun keyfiyyətindən əmin olmaq məqsədilə yoxlamaq və keyfiyyətini qorumaq üçün müəyyən olunmuş standartlara uyğun saxlanmasına nəzarət etmək;
– Vəzifə ilə bağlı olan və əlavə SƏTƏM təlimatları tələb etməyən digər (təzə qida məhsullarının satışı) işləri həyata keçirmək;
– Birbaşa rəhbər tərəfindən öncədən təyin edilmiş həftəlik iş qrafikinə əsasən işə gəlmək, nahar və çay fasiləsini təyin edilmiş qrafikə uyğun istifadə etmək;
– Qida təhlükəsizliyi üzrə təlimatlara əməl etmək və qida təhlükəsizliyi ilə bağlı uyğsuzluqlar barədə məsul şəxslərə məlumat vermək.
Namizədlərə tələblər:
– Təhsil : Vacib deyil
– İş təcrübəsi : 1 ilə kimi
– 18 yaşdan aşağı olan namizədlərin müraciəti qəbul edilmir
İş şəraiti:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 08.00-dan 17.00-kimi
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 630 manat təşkil edir + bonus, əlavə olaraq 40 AZN nahar kartı
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Qəssab” yazaraq (051)230-44-68 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
Vakansiyalara necə müraciət etmək olar?
Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır
Tələbələr üçün iş elanları mövcuddur?
Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox
Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?
İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur
İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?
İs elanlari tapmaq və müraciət etmək üçün çətinlik varsa video təlimatdan istifadə edə bilərsiz: https://youtu.be/EZhAvx-Dv-Y
Vakansiya necə yerləşdirmək olar?
Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır



