Şirniyyatçı (xanım) tələb olunur

30 gün qalıb

Müraciət et

Şirniyyatçı (xanım) tələb olunur

Təsvir

  • Nə vaxt yerləşdirilib

    18/06/2026

  • Müraciət üçün son gün

    18/07/2026

  • Şəhər

    Bakı

  • Əmək haqqı

    Min. 570₼/aylıq

  • İş təcrübəsi

    1 ildən aşağı

  • Cins

    Xanım

Bravo Supermarketlər şəbəkəsindən vakansiya: Şirniyyatçı tələb olunur

Vəzifə öhdəlikləri:
– Çörək, şirniyyat və digər un məmulatlarını reseptlərə və göstərilən təlimatlara uyğun hazırlamaq və bişirmək;
– Zədələnmiş və satışa yararsız məhsulları satışdan çıxarmaq, son istifadə tarixlərinə nəzarət etmək;
– Hazır məmulatları mağaza standartlarına uyğun şəkildə piştaxtalara və rəflərə yığmaq və lazım gəldikdə satışını həyata keçirmək;
– İş növbəsinin sonunda iş ərazisinin və sobaların gigiyena və SƏTƏM qaydalarına uyğun şəkildə təmizliyini təmin etmək;
– İşə başlamazdan əvvəl və iş günü ərzində çörək bişirmə ərazisini və avadanlıqlarını təmizləmək, iş üçün hazır vəziyyətə gətirmək;
– Bütün çörək bişirmə avadanlıqlarının SƏTƏM və istehsalçı tələblərinə, eləcə də daxili təlimatlara uyğun istifadəsinə riayət etmək;
– Avadanlıq və ərzaq təminatı ilə bağlı gündəlik problem və ehtiyacları qeyd etmək və rəhbərliyə məlumat vermək;
– Cihaz və avadanlıqlarda hər hansı problem yaranarsa rəhbərliyə və əlaqədar şəxslərə məlumat vermək;
– Vəzifə ilə bağlı olan və əlavə SƏTƏM təlimatları tələb etməyən digər (məhsulların satışı) işləri həyata keçirmək;
– Birbaşa rəhbər tərəfindən öncədən təyin edilmiş həftəlik iş qrafikinə əsasən işə gəlmək, nahar və çay fasiləsini təyin edilmiş qrafikə uyğun istifadə etmək;
– Qida təhlükəsizliyi üzrə təlimatlara əməl etmək və qida təhlükəsizliyi ilə bağlı uyğsuzluqlar barədə məsul şəxslərə məlumat vermək.

Namizədlərə tələblər:
– Təhsil : Vacib deyil
– İş təcrübəsi : 1 ilə kimi
– Cins: Xanım namizədlər
– Yaş həddi: 18 yaşdan aşağı olan namizədlərin müraciəti qəbul edilmir

İş şəraiti:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 06.00-dan 15.00-kimi

Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 570 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Şirniyyatçı” yazaraq (051)230-44-68 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil

 

guest
0 Rəylər
Köhnə
Yeni Ən çox səs verilən

Vakansiyalara necə müraciət etmək olar?

Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır

Tələbələr üçün iş elanları mövcuddur?

Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox

Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?

İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur

İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?

İs elanlari tapmaq və müraciət etmək üçün çətinlik varsa video təlimatdan istifadə edə bilərsiz: https://youtu.be/EZhAvx-Dv-Y

Vakansiya necə yerləşdirmək olar?

Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır

 
5/5 - (1 səs)
 

Call employer