Tibb bacısı (kosmetologiya) tələb olunur

6 gün qalıb

Müraciət et

Tibb bacısı (kosmetologiya) tələb olunur

Təsvir

  • Nə vaxt yerləşdirilib

    02/06/2026

  • Müraciət üçün son gün

    02/07/2026

  • Şəhər

    Bakı

  • Əmək haqqı

    700₼ - 1000₼/aylıq

  • İş təcrübəsi

    Vacib deyil

  • Cins

    Xanım

Empire by Asthetik Lab MMC-dən vakansiya: Tibb bacısı tələb olunur

Vəzifə öhdəlikləri:
– Prosedurlardan əvvəl kabinetin və avadanlıqların hazırlanması
– Həkim təyinatına uyğun aparat və qulluq prosedurlarının icrası
– Pasiyentin prosedurdan əvvəl, prosedur zamanı və sonrakı vəziyyətinə nəzarət
– Klinikanın sterilizasiya və xidmət standartlarına riayət edilməsi

Namizədlərə tələblər:
– Təhsil: Tibbi təhsil
– İş təcrübəsi: Kosmetologiya sahəsində təcrübə arzuolunandır, lakin təcrübəniz yoxdursa, bütün lazımi bilik və bacarıqlar klinika daxilində öyrədiləcək.
– Səliqəli görünüş və nəzakətli ünsiyyət
– Azərbaycan və rus dillərində sərbəst danışıq
– Yaş həddi: 22–40 arası

İş şərtləri:
– İş yeri: Xətai r-nu, Rövşən Əliyev küçəsi 19 (Xətai metrosundan 3 dəqiqə məsafədə)
– İş vaxtı: 09:00-dan 19:30-kimi
– İş qrafiki: 6 günlük iş həftəsi

Təklif edirik:
– Müasir estetik tibb klinikasında iş
– Aparat kosmetologiyası üzrə təlim
– Peşəkar və karyera inkişafı imkanı
– Müasir avadanlıq və texnologiyalarla işləmək imkanı
– Şirkətin xarici filialına keçid imkanı (əməkhaqqı və bonuslar 2 dəfə yüksəkdir, yaşayış yeri şirkət tərəfindən təmin olunur)

Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 600-700 manat təşkil edir + bonuslar (Bonusların məbləği iş nəticələrindən asılı olaraq minimum 1000 AZN-ə çata bilər)
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Tibb bacısı” yazaraq [email protected] epoçt ünvanına ya da (055)457-17-17 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.

- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
 

 

guest
4 Rəylər
Köhnə
Yeni Ən çox səs verilən

Vakansiyalara necə müraciət etmək olar?

Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır

Tələbələr üçün iş elanları mövcuddur?

Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox

Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?

İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur

İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?

İs elanlari tapmaq və müraciət etmək üçün çətinlik varsa video təlimatdan istifadə edə bilərsiz: https://youtu.be/EZhAvx-Dv-Y

Vakansiya necə yerləşdirmək olar?

Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır

 
5/5 - (2 səs)
 

Call employer