
Baş Elektrik tələb olunur
30 gün qalıb
Müraciət et
Baş Elektrik tələb olunur
30 gün qalıb
Müraciət etTəsvir
Nə vaxt yerləşdirilib
09/07/2026
Müraciət üçün son gün
08/08/2026
Şəhər
Siyəzən
Əmək haqqı
2000₼ - 2500₼/aylıq
İş təcrübəsi
3-5 il
Cins
Bəy
Siyəzən Broyler ASC-dən vakansiya: Baş Elektrik tələb olunur
Vəzifə öhdəlikləri:
– Fabrikdəki bütün elektrik avadanlıqları və qurğularının kəsintisiz işləməsini təmin etmək;
– Elektrik avadanlıqlarının texniki baxış və təmir işlərini həyata keçirmək;
– Avtomatik idarəetmə sistemlərini anlamaq və onlarla işləmək;
– Yaranan nasazlıqları operativ şəkildə aradan qaldırmaq;
– Elektrik sxem və çertyojlarına uyğun olaraq montaj və təmir işlərini yerinə yetirmək;
– Avadanlıqların və qurğuların texniki və elektrik parametrlərinə nəzarət etmək.
Namizədlərə tələblər:
– Təhsil: Peşə üzrə ali təhsil arzuolunandır;
– İş təcrübəsi: Elektrik sahəsində minimum 5 il iş təcrübəsi;
– Elektrik sxem və çertyojları ilə sərbəst işləmək qabiliyyəti olmalı;
– Cihaz və qurğuların texniki və elektrik parametrlərini mənimsəmək bacarığı;
– Avtomatik idarəetmə sistemləri üzrə biliklər;
– Avtomatika üzrə bilik arzuolunandır;
– Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı.
İş şərtləri:
– İş qrafiki: 5 günlük iş həftəsi
– İş vaxtı: 09:00-dan 18:00-kimi
– İş yeri: Siyəzən rayonu
– Nahar şirkət tərəfindən təmin olunur.
– Servis xidməti şirkət tərəfindən təmin olunur.
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 2000-2500 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Baş Elektrik” yazaraq [email protected] epoçt ünvanına ya da (055)500-54-12 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
Vakansiyalara necə müraciət etmək olar?
Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır
Tələbələr üçün iş elanları mövcuddur?
Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox
Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?
İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur
İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?
İs elanlari tapmaq və müraciət etmək üçün çətinlik varsa video təlimatdan istifadə edə bilərsiz: https://youtu.be/EZhAvx-Dv-Y
Vakansiya necə yerləşdirmək olar?
Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır



