İşə Qəbul 2024: İş Elanları və Vakansiyalar
Vakansiya axtar
Generic filters
"Azərbaycan Dəmir Yolları" QSC / İş Elanları və Vakansiyalar

Loading

Sərnişin vaqonunun bələdçisi tələb olunur

4.3/5 - (9 səs)

Azərbaycan Dəmir Yolları QSC Vakansiya elan edir: Sərnişin vaqonunun bələdçisi tələb olunur

Vəzifə öhdəlikləri:
– Vaqonun texniki vəziyyətinə nəzarət edilməsi və yolda sərnişinlərə xidmət göstərilməsi;
– Vaqonun daxili avadanlığının çıxarılma inventarının saz vəziyyətdə saxlanılmasına nəzarət edilməsi;
– Sərnişinlərin təhlükəsiz minmə və düşməsinin təmin edilməsi;
– Gediş sənədlərinin əsasında sərnişinlərin vaqonlarda düzgün yerləşdirilməsinə əməl edilməsi;
– Sərnişinlərin gediş sənədlərinin (biletlərin) yoxlanılması;
– Əl yüklərinin qoyulmuş qayda və normalara uyğun aparılmasına nəzarət edilməsi;
– Sərnişinlərə dayanacaq məntəqələrinin adları haqqında və qatarın dayanma müddətləri barədə xəbərdarlıq edilməsi;
– Sanitariya qaydalarına müvafiq olaraq vaqonun daimi təmizliyinə nəzarət edilməsi;
– Qatarda hər hansı bir fors-major hal yarandığı zaman dərhal polis əməkdaşına və yaxud dəmir yolunun işçi heyətindən digər aidiyyəti şəxsə məlumatın verilməsi;
– Qatar son məntəqəsinə çatdıqdan sonra vaqonun yoxlanılması, yaddan çıxmış əşya aşkar edildikdə onları akt tərtib etməklə yaddan çıxan əşyaların saxlanıldığı kameraya təhvil verilməsi, kənar şübhəli əşya aşkar edildikdə vaqon avadanlıqlarını müayinə edilməsi, hər hansı bir çatışmazlıq və ya nasazlıq aşkar edildikdə onun aradan qaldırılması ilə əlaqədar tədbirlər görülməsi üçün aidiyyəti şəxslərə məlumat verilməsi;
– Labüd hallarda sərnişinlərə ilk tibbi yardımın (həkimə qədər) göstərilməsi.

Namizədlərə tələblər:
– Minimum təhsil dərəcəsi: Orta təhsil
– Sərnişin vaqonunun bələdçiləri üçün qaydalar üzrə biliklər;
– Bütün növ gediş sənədləri və əlavə ödəmə qəbzləri üzrə biliklər;
– Sərnişin qatarlarında təftiş və komissiyaya yoxlama aparmaq hüququ verən sənədlər üzrə biliklər;
– Xidmət olunan sahədə dəmir yolu stansiyalarının və düşmə-minmə məntəqələrinin yerləşməsi üzrə biliklər;
– Bütün tiplərdən olan sərnişin vaqonlarının ümumi quruluşu, yanğın təhlükəsizliyi qaydaları üzrə biliklər;
– Sərnişin qatarlarının xidməti hərəkət cədvəlindən istifadə qaydaları üzrə biliklər;
– Sərnişin vaqonları bələdçisinin təlimatı üzrə biliklər;
– Dəmir yollarında sərnişin və baqaj daşınması qaydaları, sərnişin vaqonlarının bələdçisinin təhlükəsizlik texnikası üzrə yaddaş kitabçaları üzrə biliklər;
– İlk tibbi (həkimə qədər) yardım göstərilməsi qaydası üzrə biliklər.
– Uzun məsafəli marşrutlar üzrə sərnişin daşımalarında bələdçilik edən, yolda uzun müddət xidmət edə bilən, 35 yaşadək xanım namizədlərə üstünlük verilir.
– Dil bilikləri: Rus-yaxşı, İngilis-yaxşı

Əmək haqqı:
– Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Sərnişin vaqonunun bələdçisi” qeyd etməklə hr.recruitment@ady.az e-poçt ünvanına göndərmələri xahiş olunur
– DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

İnzibati heyət

Resepşn, Qeydiyyatçı, Çağrı Mərkəzi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

MALİYYƏ

Kredit mütəxəssisi, Mühasib

MARKETİNQ

SMM, Dizayner, Marketinq mütəxəssis

XİDMƏT

Xadimə, Təmizlikçi, Ofisiant

insan resursları

HR, İşə qəbul üzrə mütəxəssis

TƏHSİL

Təlimçi, Müəllim, Tərbiyyəçi

Son iş elanları və vakansiyalar

×

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!