AzərEnerji ASC Hərbiləşdirilmiş Mühafizə Dəstəsi MMC-dən İş elanı: Mühafizəçi tələb olunur
Vəzifə öhdəlikləri:
– Mühafizə etdiyi obyektin müəyyən olunmuş vaxt çərçivəsində mühafizəsini həyata keçirmək
– Buraxılış rejiminin icrasını təmin etmək
– Müəssisə üzrə tələb olunan fiziki normativləri yerinə yetirmək
– Mühafizə postunu təhvil almaq və təhvil vermək
– Nəzarət-buraxılış sisteminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək
– Daxili təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək
– Müəssisənin xidmətin təşkili və aparılması haqqında “Təlimat”na uyğun olaraq tələblərə əməl etmək
Tələb olunan bilik və bacarıqlar:
– Yaş həddi: 20-35
– Cins: Kişi
– Boyu 175 sm-dan yuxarı
– Fiziki cəhətdən sağlam
– Həqiqi hərbi xidməti başa vurmuş
– Qəsdən az ağır və ya ağır cinayət törətdiyinə görə əvvəllər məhkum edilməmiş
– Narkoloji və ruhi əsəb dispanserində qeydiyyatda olmayan
– Fiziki cəhətdən sağlam, mühafizə və buraxılış rejiminin icrasını təmin etməyi bacaran
– Təhsil Pilləsi: orta
– İş təcrübəsi: 1 ilə qədər
– Sertifikatlar: Sahə üzrə sertifikat üstünlükdür
– İşə məsuliyyət, etik davranış, nizam-intizam
İş rejimi:
– Müəssisənin adı: “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC
– Faktiki iş yeri ünvanı: Xaçmaz ES üzrə
– İş vaxtının norması: növbəli
Əmək haqqı:
– Aylıq məvacib 540 manat təşkil edir (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Bu vakansiya ilə maraqlanan namizədlər öz CV-rezümelərini mövzu hissəsində “Mühafizəçi (Xaçmaz)” qeyd etməklə cv@azerenerji.gov.az e-poçt ünvanına əlavə edib göndərmələri xahiş olunur
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur