İşə Qəbul 2024: İş Elanları və Vakansiyalar
Metak şirkətindən İş Elanları və Vakansiyalar
[pvc_stats postid=”” increase=”1″ show_views_today=”0″]

Prorab (İş icraçısı) tələb olunur

4.7/5 - (12 səs)

Metak şirkəti Prorab (İş icraçısı) vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:
– Təyin edilmiş obyektdə ( ərazidə ) işlərin aparılması layihəsinə, istehsalat planınına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
– Briqadirlərin və işçi qrupunun iş fəaliyyətinin planlaşdırılmasını və koordinasiyasını təmin etmək;
– Cədvəl və layihə tələblərinə uyğun olaraq obyektdə işləyən işçilərin istehsalat tapşırıqlarını müəyyənləşdirmək, onlara iş təlimatını keçmək;
-Əmək, maddi və maliyyə kimi resurslardan səmərəli istifadəni təmin etmək;
– Rəhbərlik etdiyi sahə üzrə prosesləri texniki sənədlərə və layihə həllərinə uyğun təşkil etmək;
– Texniki sənədlərin və qanunvericiliyin tələblərinə uyğun olaraq işlərin qəbulunu, təşkilini və aparılmasını təmin etmək;
– İstehsalat prosesində işlərin aparılmasında texnoloji ardıcılığa riayət olunmasına nəzarət etmək;
– Briqadirlərin və işçi qrupunun idarə edilməsi və motivasiyası;
– Rəhbərlik etdiyi sahə üzrə təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
– İşçilərin təhlükəsizlik qaydaları və keyfiyyət tələbləri üzrə təlim və təlimatlandırılmasını təşkil etmək;
– İşin təşkili və icrası, texniki və təşkilati məsələlərin həlli üzrə müvafiq şöbələr ilə qarşılıqlı əlaqəni yaratmaq;
– Rəhbərliyə hesabatların verilməsi.

Namizədlərə tələblər:
– Ali təhsil;
– Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi;
– Liderlik və idarəetmə bacarığı;
– İş proseslərinin təhlükəsiz və effektiv şəkildə idarə olunması bacarığı;
– Məsuliyyətlilik və detallara diqqət;
– Ofis proqramları ilə işləmə bacarığı;
– Azərbaycan dilini əla səviyyədə bilməli, Rus dili arzuolunandır;
– Autocad bilikləri arzuolunandır;
– MS Project arzuolunandır.

İş Rejimi:
– Peşəkar iş mühiti;
– Peşəkar və karyera yüksəlişi imkanı;
– Tibbi sığorta;
– Nəqliyyat xidmətləri və nahar.

Əmək haqqı:
– Aylıq məvacib 1000-2000 manat təşkil edir (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Prorab (İş icraçısı)” qeyd edərək hr@metak.az e-poçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

İnzibati heyət

Resepşn, Qeydiyyatçı, Çağrı Mərkəzi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

MALİYYƏ

Kredit mütəxəssisi, Mühasib

MARKETİNQ

SMM, Dizayner, Marketinq mütəxəssis

XİDMƏT

Xadimə, Təmizlikçi, Ofisiant

insan resursları

HR, İşə qəbul üzrə mütəxəssis

TƏHSİL

Təlimçi, Müəllim, Tərbiyyəçi

Son iş elanları və vakansiyalar

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!